xebermen.az

İki il sonra Putinlə danışdı: görün nə tələb etdi

15-11-2024, 21:09

 

Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Olaf Şolts telefonla danışıb.

Bu barədə Kreml məlumat yayıb.

Məlumata görə, telefon danışığı Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub. Onların söhbəti təxminən bir saat davam edib. Tərəflər Ukraynadakı vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

KİV-lərin yazdığına görə, Şolts Almaniyanın Kiyevi lazım olduğu müddətcə dəstəkləyəcəyini xatırladıb. O, Putini münaqişəni dayandırmağa və qoşunları geri çəkməyə çağırıb.

Şoltsun Putindən özcə Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı apardığı açıqlanıb.

Qeyd edək ki, Putin və Şolts sonuncu dəfə 2022-ci ilin dekabrında danışmışdılar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031