xebermen.az

Tarixi etiraf: rus hərbçilər öz vətəndaşlarının evlərini qarət ediblər

15-11-2024, 10:19

 

Rusiya hərbçiləri Qluşkovski rayonunun kəndlərində, bölgədə davam edən hərbi əməliyyatlar nəticəsində yerli sakinlər tərəfindən tərk edilmiş evləri qarət ediblər.

Bunu Kursk vilayətinin keçmiş qubernatoru Roman Starovoyt etiraf edib.

“Dünən hüquq-mühafizə orqanları ilə keçirilən müşavirədə bu barədə danışılıb. Həm mülki şəxslər, həm də hərbi qulluqçular arasında talan faktları var”, - Starovoyt Qluşkovski rayonunun sakinləri ilə görüşündə bildirib.

Starovoytun bu sözlərindən sonra zal alqışlamağa başlayıb.

Qurum rəsmisi qeyd edib ki, artıq əhalinin məskunlaşdığı ərazilərdə təhlükəsizliyin gücləndirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına tapşırıqlar verilib. “Qənimətin Rusiyanın dərinliklərinə çatdırılma xidmətləri vasitəsilə göndərilməsi ilə bağlı faktlar var”, - Starovoyt əlavə edib.

Kursk vilayətinin hazırkı qubernatoru Aleksey Smirnov Teleqram kanalında Qluşkovski rayonunun sakinləri ilə görüşü barədə reportaj paylaşıb. Lakin talançılıq problemini qeyd etməyib. O bildirib ki, səlahiyyətlilər evsiz qalan insanlara mənzil sertifikatlarının verilməsini davam etdirir, həmçinin şəxsi nəqliyyatını və mal-qarasını itirənlərə kompensasiya vəd edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930