xebermen.az

Maskdan Avropada terror təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ

6-04-2025, 10:08

 

ABŞ Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən iş adamı İlon Mask Avropada terror dalğası təhlükəsi barədə xəbərdarlıq edib.

O, bu barədə İtaliyada hakim koalisiyaya daxil olan "Liqa" partiyasının Florensiyada keçirilən qurultayında videobağlantı vasitəsilə danışıb.

"Terrorçuluq Avropada kütləvi qırğınlara səbəb olacaq, dostlarınız, yaxınlarınız, hər kəs təhlükə altındadır. Çünki biz İtaliyada və ümumilikdə Avropada hücumların əhəmiyyətli dərəcədə artacağını görəcəyik və media bu cür hücumların təhlükəsi barədə susmağa çalışır. Biz Avropada qırğınların şahidi olacağıq. Bu, artıq tendensiyadır", - deyə Mask bildirib.

X, "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri daha əvvəl istənilən ölkəni məhv edə biləcək kütləvi miqrasiyanın təhlükələri barədə xəbərdarlıq etmişdi.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031