xebermen.az

İlon Maska etiraz: "Tesla" mağazasına hücum etdilər

2-03-2025, 12:32

 

Ekoloji fəallar "Tesla" mağazasına hücum ediblər.

“Yeni Nəsil” hərəkatının fəalları amerikalı sahibkar İlon Maska etiraz əlaməti olaraq ona məxsus "Tesla" şirkətinin Berlin mağazasının pəncərəsinə mavi boya atıblar.

Bu barədə “Tagesspiegel” nəşrinin məlumatına görə, hadisə Mitte rayonundakı “Mall of Berlin” ticarət mərkəzində baş verib.

Keçirilən əməliyyat tədbirləri zamanı vandalizm aktını törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Qeyd edilir ki, fəalların hazırladığı afişalarda hərəkatın “sağlara və varlılara” qarşı olduğu bildirilir. Bu da "Tesla"nın rəhbərinə işarədir.

Xatırladaq ki, Mask 419,4 milyard dollarlıq sərvətlə super milyarderlər siyahısına başçılıq edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930