xebermen.az

Rusiya, İran və Türkiyəni Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyirlər - Zaxarova

14-11-2024, 09:21

 

ABŞ və Avropa İttifaqı Cənubi Qafqaz regionuna nəzarəti ələ keçirmək, Rusiya, İran və Türkiyəni oradan sıxışdırıb çıxarmaq və daha bir gərginlik mənbəyi yaratmaq istəyir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

O qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin atəşkəs haqqında 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatı çox böyük əhəmiyyət daşıyır. Bu Bəyanat əsasında tərəflər geniş spektrli məsələlər üzrə real nəticələr əldə edə biliblər.

“Məsələn, 2023-cü ildə üçtərəfli işçi qrupu çərçivəsində biz regionda nəqliyyat marşrutlarını bərpa etməyə yaxın idik. Lakin Qərbin təzyiqi ilə İrəvan qrupda, sonra isə bütün üçtərəfli formatlarda iştirakını dondurdu”, - deyə diplomat əlavə edib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Moskvanın Cənubi Qafqazda öz tarixi, təbii maraqları var.

“Qərblilərdən fərqli olaraq, biz təhlükəsiz, firavan, sabit Cənubi Qafqazda maraqlıyıq”, - deyə M.Zaxarova bildirib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930