xebermen.az

İsrail "Hizbullah"ın tibb mərkəzini də VURDU

13-11-2024, 09:55

 

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Livanın "Hizbullah" hərəkatına məxsus tibb mərkəzinin yerləşdiyi Beyrutun cənub kənarındakı Bir Abed bölgəsindəki binaya zərbələr endirib.

Bu barədə mülki müdafiə xidmətindəki mənbə məlumat yayıb.

“Hücum İsrail komandanlığının cənub məhəllələrinin sakinlərinə göndərdiyi xəbərdarlığından beş dəqiqə sonra başlayıb”, - məlumatda deyilir.

Mənbə bildirib ki, raket "Hizbullaha" məxsus İslam tibb mərkəzinin yerləşdiyi Dar əl-Hura binasına düşüb.

O, həmçinin bildirib ki, hava hücumlarına məruz qalan Haret Horeik məhəlləsində əvvəllər bir neçə partlayış səsi eşidilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031