xebermen.az

ÇATLAR DƏRİNLƏŞİR - Putin ABŞ-ı çətin vəziyyətə saldı

14-03-2025, 10:44

 

"Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə atəşkəs haqqında dediyi sözlərlə ABŞ-ı çətin vəziyyətə salıb".

Bunu “Focus” nəşrinə müsahibəsində Köln Universitetinin beynəlxalq münasibətlər və xarici siyasət üzrə alman professoru Tomas Yaqer deyib.

"ABŞ çətin vəziyyətdədir, çünki o, Rusiya ilə Avropanın maraqları ilə bağlı danışıqlar aparmalıdır", - o qeyd edib.

Analitikin fikrincə, bu, Şimali Atlantika Alyansı daxilində və ABŞ-la Avropa arasında yaranan çatları daha da dərinləşdirə bilər.

O, hesab edir ki, Moskva bir-birinin ardınca şərt irəli sürə biləcəyi şərait yaradır. Rusiya dövlətinin başçısının adını çəkdiyi belə şərtlərdən biri də Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində təslim olmasıdır. Rusiya liderinin qeyd etdiyi digər şərt isə Kiyevə silah tədarükünün dayandırılması olub.

Bir gün əvvəl Putin bildirib ki, Rusiya ABŞ-ın Ukrayna ilə 30 günlük atəşkəs yaratmaq təklifi ilə razılaşıb. O vurğulayıb ki, Rusiya Federasiyası bu atəşkəsin uzunmüddətli sülhə gətirib çıxaracaq atəşkəs olmasını istəyir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930