xebermen.az

İsrail rəsmən elan etdi: Suriyada işğal hazırlığı görülür

12-03-2025, 10:56

 

İsrail ordusunun işğal etdiyi Suriya ərazisi Cəbəl əl-Şeyxə səfər edən İsrailin müdafiə naziri İsrael Katz qalmaqallı açıqlamalar verib.

Katz bu barədə İsrailin dövlət televiziyası KAN-a danışıb.

O, İsrailin işğal etdiyi Suriya ərazilərinə diqqət çəkib: "Biz burada qeyri-müəyyən müddətə qalırıq. Suriyada İsrailin təhlükəsizliyinə daha çox təhdidlər müəyyən edirik".

Katz İsrail ordusunun işğalı davam etdirmək üçün hazırlıq gördüyünü bildirib. O, Suriya ərazisinin dərinliklərində İsrail ordusunun iki postunun olduğunu etiraf edib.

Nazir həmçinin İsrail hava qüvvələrinin Suriyanın cənubunda silahlı ünsürlərin olmamasını təmin etmək üçün bölgədəki 40-a yaxın hədəfə hücum etdiyini iddia edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031