xebermen.az

Almaniyaya sığınanlara BƏD XƏBƏR - Miqrantların ailələrinə...

8-03-2025, 21:16

 

Xristian Demokrat Partiyası və Xristian Demokrat İttifaqı bloku CDU/CSU və Almaniya Sosial Demokrat Partiyası (SPD) Almaniyanın miqrasiya siyasətini sərtləşdirməyə razılaşıblar.

Bunu CDU-nun rəhbəri Fridrix Merz bu barədə "Phoenix" "YouTube" kanalı tərəfindən yayımlanan mətbuat konfransında bildirib.

Siyasətçinin sözlərinə görə, tərəfdaşlar qeyri-qanuni miqrasiya ilə mübarizə üçün hüquqi sənədlərin sayını genişləndirməyi, həmçinin sərhəd nəzarətini gücləndirməyi planlaşdırırlar. CDU/CSU həmçinin Əfqanıstan da daxil olmaqla qaçqınların könüllü qəbulu proqramlarını məhdudlaşdırmaq və polisin səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirmək niyyətindədir. Eyni zamanda bəzi miqrantlara ailələrini Almaniyaya gətirmək qadağan ediləcək.

Merzin bəyanatı hakim koalisiyanın yaradılması ilə bağlı danışıqlardan əvvəl aparılan ilkin məsləhətləşmələrdən sonra verilib. Onun fikrincə, danışıqlar yaxşı keçib.

Məsləhətləşmələrdə Xristian Sosial Birliyinin rəhbəri Markus Söder və SPD liderləri Zaskia Esken və Lars Klinqbeyl iştirak ediblər.

Fevralın 23-də Almaniyada növbədənkənar parlament seçkiləri keçirilib. Fridrix Merzin mühafizəkar CDU/CSU bloku qalib gəlib və o, Almaniya kansleri olacaq.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30