xebermen.az

Zelenski Ağ Evdəki qalmaqaldan sonra TRAMPA SƏSLƏNDİ

4-03-2025, 20:46

 

Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşündə münaqişədən təəssüfləndiyini bildirib.

O, sosial şəbəkədəki səhifəsində müvafiq paylaşım edib.

“Cümə günü Ağ Evdəki görüşümüz ümidləri doğrultmadı. Baş verənlərə təəssüflənirəm. Vəziyyəti düzəltməyin vaxtıdır”, – Zelenski qeyd edib.

Ukrayna Prezidenti sülhə nail olmaq üçün "prezident Trampın güclü rəhbərliyi altında" əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Xatırladaq ki, fevralın 28-də Oval kabinetdə Tramp və Zelenski arasında baş tutan görüş mübahisə ilə yekunlaşıb. ABŞ lideri Ukrayna prezidentini atəşi dayandırmaq istəməməkdə ittiham edərək, Kiyevin əlində Rusiyaya qarşı münaqişədə “güclü kartların” olmadığını deyib. Bu mübahisədən sonra Zelenski Ağ Evi tərk edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930