xebermen.az

İraqın daha bir vilayətində türk dili rəsmi oldu

28-02-2025, 15:52

 

İraqda Kərkükdən sonra Səlahəddin vilayətində də dövlət qurumlarında aparılan bütün rəsmi yazışmalarda ərəb dili ilə yanaşı, türk dili də istifadə ediləcək.

Səlahəddin Vilayət Şurasının üzvü Atıf ən-Nəccar İraq Konstitusiyasının 4-cü maddəsinə əsasən, türkmənlərin sıx yaşadığı bölgələrdə türk dilinin rəsmi dil statusu daşıdığını və rəsmi yazışmalarda istifadə hüququna malik olduğunu, buna görə də şəhər mərkəzində, rayon və qəsəbələrdə bütün rəsmi sənədlərdə türk dilinin istifadə olunacağını bildirib.

O, qanunda yer almasına baxmayaraq, bu hüququn indiyədək tətbiq olunmadığını qeyd edib. Bununla yanaşı, dövlət qurumlarının lövhələrində də türk dilinə yer veriləcəyini vurğulayıb.

Səlahəddin vilayətində türkmənlərin ərəblərdən sonra ikinci ən böyük etnik qrup olduğunu bildirən Nəccar bu addımın türkmənlərin ölkə üzrə bütün hüquqlarının qorunması məqsədilə atıldığını qeyd edib.

Yerli əhali bu addımı uzun illər gözlədiyini və bunun bir arzunun gerçəkləşməsi olduğunu bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30