xebermen.az

Gürcüstanın siyasi böhrandan çıxması üçün şərt: Prezident açıqladı

11-11-2024, 16:07

 

Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə yeni parlament seçkilərinin keçirilməsinin siyasi böhrandan çıxış yolu olacağını bildirib.

Zurabişvili bu barədə səkkiz Avropa ölkəsi parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri ilə görüşündə deyib.

“Böhran göz qabağındadır və dostlarımız Gürcüstanı bu böhrandan çıxarmağın yollarını tapmaq üçün buradadırlar (...) Biz vaxtı gələndə yeni seçkilərə qayıdacağıq”, - Zurabişvili deyib.

Nümayəndə heyətinin iştirakçıları arasında Fransa, Litva, Latviya, Estoniya, Polşa, Almaniya, Finlandiya və İsveçdən olan qanunvericilər də var. Prezident Gürcüstanın yolunu sabitlik, demokratiya və Avropa yolu adlandırıb.

Bundan əvvəl Zurabişvili mümkün seçki saxtakarlığı ilə bağlı Baş Prokurorluğa getməkdən imtina edib. O, bu barədə brifinq zamanı bildirib və “seçki pozuntularının görüntülərini” də nümayiş etdirib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930