xebermen.az

Türkiyədən kritik addım: Rusiyadan bu məhsulun idxalı dayandırıldı

19-02-2025, 14:41


 


Türkiyənin ən böyük neft emalı zavodu “Tüpraş” Rusiya xam neftinin alışını dayandırıb.

Bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, şirkət Rusiya neftini daşıyan tankerlərə və enerji şirkətlərinə qarşı yanvarın 10-da ABŞ-ın elan etdiyi sanksiyalara görə bu addımı atıb.

“Tüpraş” İnvestor Əlaqələri İcraçı Direktoru Levent Bayarın sözlərinə görə, son təslimlər fevral ayı ərzində yekunlaşacaq: "Son sanksiyalarla idxalı dayandırdıq və son yükləri fevral ayında bitirəcəyik".

“Tüpraş”ın Rusiyadan təmizlənmiş məhsul idxalını dayandırıb-dayandırmayacağı isə hələlik bəlli deyil.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031