xebermen.az

Rusiyadan siqnal gəldi, Ermənistan müxalifəti döyüş hazırlığına başladı

19-02-2025, 11:44

 

Son günlər Ermənistanda müxalifət xeyli fəallaşıb: biri uzun sürən sükutu pozur, biri mitinq təşkil edir, üçüncüsü qurultay çağırır, qalanları isə başqa fəaliyyət formatlarından istifadə edir.

Ermənistan mətbuatının iddiasına görə, belə aktivlik Rusiyadan gələn siqnalla bağlıdır. Məlumata görə, Ermənistandakı Rusiya dairələrindən gələn müəyyən siqnallar regionda mümkün dəyişikliklərdən xəbər verə bilər. Xüsusilə, Putinlə Trampın görüşündən sonra Rusiyanın Cənubi Qafqaza daha çox diqqət yetirəcəyi ehtimal edilir.

Bu baxımdan bəziləri hesab edir ki, siyasi arenada təsadüfi oyunçuların görünməməsi üçün siyasi meydan hadisələrin belə inkişafına hazır olmalıdır.

O da bildirilir ki, Paşinyan hələ ki, sakit görünür. Amma ehtimal edilir ki, o, hakimiyyətinə qarşı təhlükə görərsə, bir anın içində siyasi kursu dəyişə, Qərbdən üz döndərə və Rusiyanın qucağına qayıda bilər.

Ermənistanda hadisələrin bu cür inkişafına Azərbaycan da hazır olmalıdır. Böyük ehtimalla, sərhədimizdə müəyyən təxribatlar törədilə bilər.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30