xebermen.az

Türkiyədə 250 min insan süni intellektlə "eşq yaşayır"

16-02-2025, 15:28

 

Dünyada getdikcə populyarlaşan süni intellekt tanışlıq tətbiqlərinin təsiri Türkiyədə də görünməyə başlayıb.

Mövcud məlumatlara görə, Türkiyədə 250 min insan süni intellektlə "eşq yaşayır". Mütəxəssislər xəbərdarlıq edir ki, bu rəqəmsal sevgi çılğınlığı psixoloji və sosial risklər daşıyır.

İnsanlar xüsusi olaraq onlar üçün proqramlaşdırılmış rəqəmsal tərəfdaşlarla mesaj yazır, söhbət edir və emosional bağlar yaradırlar. Hətta bəzi istifadəçilər keçmiş həyat yoldaşlarının və ya sevgililərinin xüsusiyyətlərini virtual partnyorlarına əks etdirirlər.

Psixoloqlar xəbərdarlıq edirlər ki, bu cür təcrübələr sosial bacarıqlara xələl gətirə və real münasibətlərə süni alternativlərə meyli artıra bilər. Lakin istifadəçilər mühakimə etmədən dinləyən, həmişə əlçatan və qayğıkeş olan Aİ tərəfdaşdan vazkeçməyin asan olmadığını bildirirlər.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930