xebermen.az

Rusiya bazarını tərk edən bir sıra məşhur brendlər QAYIDIR

15-02-2025, 21:05

 

"Zara", "Bershka", "Pull & Bear" və "Stradivarius" geyim mağazaları Rusiya bazarına qayıtmağa hazırlaşırlar.

Bu barədə "Mash" "Telegram" kanalı bir neçə mənbəyə istinadən yazıb.

Məlumata görə, geri dönüş artıq aktiv şəkildə müzakirə olunur.

Şirkət nümayəndələri bazarda vəziyyəti araşdırır, arxivi və sənədləri aradan çıxarırlar. Bu, ona görə edilir ki, vəziyyət dəyişəcəyi halda, operativ şəkildə Rusiyaya qayıtmaq mümkün olsun.

Üstəlik, onlar Rusiya bazarını tərk etməmişdən əvvəl ticarət mərkəzlərində mağazalarının olduğu həmin əraziləri yenidən tutmaq istəyirlər.

Xatırladaq ki, "Zara", "Zara Home", "Massimo Dutti", "Bershka", "Oysho", "Pull & Bear", "Stradivarius", "Uterqüe" brendləri İspaniyanın "Inditex" qrupuna daxildir.

2022-ci ilin mart ayında şirkət Rusiyadakı bütün mağazaların bağlandığını və onlayn ticarətin dayandırıldığını elan etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30