xebermen.az

Kiyevdə ŞÜBHƏLƏR YARANDI - Tramp Zelenski ilə bağlı PLAN CIZIR

11-02-2025, 21:27

 

Kiyevdə ABŞ Prezidenti Donald Tramp administrasiyasının Ukrayna Prezidenti Volodimir Zelenskini vəzifəsindən uzaqlaşdırmağa çalışması ilə bağlı şübhələr yaranıb.

Bu barədə "Postimees" qəzeti məlumat yayıb.

"Reuters" məlumatlı mənbələrə istinadla fevralın 1-də bildirib ki, Trampın komandası Rusiya ilə atəşkəs kontekstində Ukrayna hakimiyyətini prezident seçkiləri keçirməyə həvəsləndirmək imkanlarını müzakirə edir. Bu seçkilərin qalibi Moskva ilə uzunmüddətli müqavilə danışıqları aparmaq vəzifəsini öz üzərinə götürə bilər.

“ABŞ-ın yeni administrasiyasının mesajları Kiyevdə çaşqınlıq yaradır, xüsusən də Tramp komandasının bu il seçkilərin keçirilməsinin zəruriliyi ilə bağlı son eyhamları”, - nəşr yazır.

Zelenskinin komandasına yaxın mənbə qeyd edib ki, seçkilərlə bağlı müzakirələr Vaşinqtonun Ukrayna Prezidentini vəzifəsindən uzaqlaşdırmaq niyyətini göstərə bilər. Onun fikrincə, Ağ Ev Zelenskini sülh danışıqları aparmaq üçün əlverişsiz hesab edir.

Fevralın 10-da CNN yazıb ki, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, Böyük Britaniyadakı səfir Valeri Zalujnı münaqişənin həllində Donald Tramp üçün Volodimir Zelenskidən daha əlverişli fiqur ola bilər.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031