xebermen.az

ABŞ-dan yenicə qayıdan Paşinyan Moskvaya DƏVƏT OLUNDU

10-02-2025, 09:00

 

Ermənistanın Baş naziri Nikol Paşinyan Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyini qeyd etmək üçün Moskvaya rəsmi dəvət olunub.

Bu barədə Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin "RİA Novosti" agentliyinə müsahibəsində bildirib.

"Moskvada keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün rəsmi dəvət göndərilib", - səfir qeyd edib.

Kopırkin əlavə edib ki, Rusiya və Ermənistanı hələ də iki ölkə xalqlarının şücaətinin xatirəsinə hörmət birləşdirir.

Qeyd edək ki, Nikol Paşinyan fevralın 1-də həyat yoldaşı Anna Akopyanla birlikdə ABŞ-yə səfər edib.

Ermənistan lideri Vaşinqtonda keçirilən 5-ci İllik Beynəlxalq Dini Azadlıq Sammitində iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30