xebermen.az

Bu ölkələr Rusiya enerji sistemindən imtina edir - Sabahdan etibarən...

7-02-2025, 22:39

 

Fevralın 8-dən etibarən Estoniya, Latviya və Litva sinxron şəkildə Rusiya-Belarus enerji sistemindən imtina edəcək. “BRELL” sistemindən ayrılan Baltikyanı ölkələr Avropa enerji sisteminə inteqrasiya olunacaq.

Bu barədə Avropa İttifaqının Xarici siyasət üzrə Ali Nümayəndəsi Kaya Kallas öz sosial şəbəkə hesabında yazıb: "Rusiya daha enerji resurslarından şantaj vasitəsi kimi istifadə edə bilməyəcək. Bu, Avropanın azadlığının və birliyinin zəfəridir".

Litvanın energetika naziri Jiqimantas Vayçünas isə bunu ölkəsinin enerji müstəqilliyi uğrunda mübarizəsində sonuncu addım kimi dəyərləndirib: “Biz Rusiyanı geosiyasi şantaj vasitəsi kimi elektrik enerjisindən sui-istifadə etmək imkanından məhrum edəcəyik”.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30