xebermen.az

ABŞ-ın NATO-dan çıxmaq istəyinə Moskvadan reaksiya: Avropa onun qarşısında diz çökəcək

6-02-2025, 15:16

 

Avropa gələcəkdə ABŞ prezidenti Donald Trampa sözsüz itaət edəcək, qarşısında boyun əyəcək.

Müvafiq açıqlamanı 360.ru-ya müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın NATO-dan çıxmaq istəyi, Avropa ilə bağlı siyasətindən danışarkən deyib.

“Kollektiv Qərbin Avropa hissəsi artıq Trampın qulluğunda quldur, ehtiraslı şəkildə qarşısında əyilməkdədir. Avropa ölkələri hər mənada öz suverenliklərini və müstəqilliklərini çoxdan itiriblər”, - Zaxarova bildirib.

Onun sözlərinə görə, altı ay əvvəl Avropa respublikaçıların ideyalarını qəbul etməyəcəklərini bildirir, bu ideyaların ekstremist xüsusiyyətlərə malik olduqlarını deyirdilər.

Onun sözlərinə görə, avropalılar özləri bunu “Trumpizm” adlandırır və bunu ələ salırdılar.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930