xebermen.az

"Qremmi"də qalmaqal: Çılpaq Byanka Senzori və Kanye Uest tədbirdən qovuldular

3-02-2025, 10:55

Los-Ancelesdə sayca 67-ci dəfə keçirilən "Qremmi" musiqi mükafatına həsr olunmuş tədbirdə qalmaqal baş verib.

Xebermen.az bildirir ki, Oxu.az "Voıce"ə istinadən xəbər verir ki, qalmaqalın baiskarları reper Kanye Uest və onun həyat yoldaşı Byanka Senzori olublar.

Belə ki, ulduzlar yenicə qırmızı xalıya toplaşmağa başlayan kimi qalmaqallı reper dərhal bütün diqqətləri öz üzərinə çəkib.

O, tədbirə həyat yoldaşı B.Senzori ilə gəlib. K.Uest qara idman köynəyində və şalvarda, B.Senzori isə qara uzun kürkdə fotoqrafların qarşısına çıxıb.

Lakin tezliklə B.Senzori qırmızı xalıda striptiz göstərməyə başlayıb. O, kürkü üzərindən çıxararaq tamamilə şəffaf miniatür geyimdə qalıb. Alt paltarsız olan K.Uestin həyat yoldaşı soyuqqanlıqla fotoqrafların qarşısında özünü göstərməyə başlayıb.

Bundan bir neçə dəqiqə sonra cütlükdən tədbiri tərk etməyi xahiş ediblər. Polis əməkdaşları cütlüyü çıxışa qədər müşayiət ediblər.


"Qremmi"də qalmaqal: Çılpaq Byanka Senzori və Kanye Uest tədbirdən qovuldular






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930