xebermen.az

Qəzaya uğrayan təyyarənin bütün "qara qutuları" tapıldı

1-02-2025, 14:41

Müstəntiqlər Vaşinqtonda qəzaya uğrayan təyyarə və helikopterdən bütün uçuş qeydlərini (qara qutular) çaydan çıxarıblar.

Xebermen.az bildirir ki, Milli.Az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) üzvü Todd İnman mətbuat konfransında məlumat verib.

"Ötən gecə biz CRJ-dən (təyyarə - red.) iki ayrı uçuş qeydi çıxardıq. Biri uçuş məlumatlarını qeyd edən cihaz idi və yaxşı deyə biləcəyimiz vəziyyətdə idi", - deyə o bildirib.

İnmanın sözlərinə görə, ikinci qeyd cihazı pilotların söhbətini yazırmış, lakin onun içinə su dolub.

NTSB nümayəndəsinin qeyd etdiyi kimi, helikopterin uçuş qeydləri birləşdirilib və müstəntiqlər əmindirlər ki, onlardan da bütün lazımi məlumatları əldə edə biləcəklər.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930