xebermen.az

Paşinyanın müəmmalı səfəri: İrəvan daha bir nəhəng ölkəni özünə düşmən edir

28-01-2025, 09:49

 

Ermənistanın Baş naziri Nikol Paşinyanın fevralın əvvəlində ABŞ-a səfəri planlaşdırılır.

Ermənistanın rəsmi təbliğat maşını bu səfəri yeni ABŞ administrasiyasının dəstəyini qazanmağa hesablanmış addım kimi təlqin edir.

Amma ekspertlər bunun belə olmadığını iddia edirlər. Ermənistan mətbuatında bildirilir ki, Paşinyan faktiki olaraq ABŞ-a beynəlxalq konfransda iştirak etmək üçün gedir.

Həmin sammit 5-ci dəfədir keçirilir, amma demək olar ki, heç bir ciddi ölkə lideri iştirak etmir. 2019-cu ildə, Trampın prezidentliyi dövründə bu format Çinə qarşı qurulub.

Ekspertlər bildirir ki, bu səfər Ermənistana heç nə verməyəcək, amma əvəzində ölkə Çinin timsalında daha bir nəhəng düşmən qazanacaq.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930