xebermen.az

Milyonların gözlədiyi ŞAD XƏBƏR - Xərçəngə qarşı peyvəndin tətbiqinə başlanılır

27-01-2025, 10:15

 

"Rusiyada hazırlanan xərçəng peyvəndinin sentyabr ayında istifadəyə verilməsi planlaşdırılır".

Bu barədə "RİA Novosti"yə Rusiya Səhiyyə Nazirliyinin Qamaleya Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Ginzburq məlumat verib.

“Səhiyyə Nazirliyinə təqdim etdiyimiz, lakin hələ ki, təsdiqlənməmiş yol xəritəsi planına əsasən, avqustun sonunda icazə almalıyıq ki, sentyabrda insanların müalicəsinə başlayaq”, - Ginzburq deyib.

O əlavə edib ki, peyvənd təkcə ilkin melanoma olan insanlara deyil, həm də müalicənin müəyyən mərhələlərini artıq başa vurmuş xəstələrə də tətbiq oluna bilər.

Ötən il dekabrın sonunda "Mash" "Telegram" kanalı 50 xərçəng xəstəsinin Rusiyada xərçəng peyvəndinin klinik sınaqlarının birinci mərhələsində iştirak edəcəyini bildirmişdi. Proqramın birinci mərhələsi 2025-ci ilin sonuna qədər davam edəcək. Sınaq iştirakçıları tibb işçiləri tərəfindən davamlı olaraq nəzarətdə saxlanılacaqlar.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30