xebermen.az

Zənginlər üçün bunker tikiləcək - Fəlakət zamanı...

26-01-2025, 09:58

 

Vaşinqtonda Ağ Evin yaxınlığında qlobal fəlakət zamanı dünyanın ən zəngin insanları üçün elit bunker tikiləcək.

Elit tikili 625 nəfəri qəbul edə biləcək, onların hər biri yer üçün 20 milyon dollar ödəməlidi.

2026-cı ildə üzgüçülük hovuzları, süni intellektə (AI) malik tibbi avadanlıqlar və qlamur otaqları olan lüks qiyamət bunkeri açılacaq.

Amerikanın "SAFE" şirkəti Virciniya ştatında elit qala tikmək planlarını açıqlayıb. 300 milyon dollarlıq bunkerdə qlobal fəlakət zamanı dünyanın ən zəngin 625 adamı yerləşəcək.

"Vaşinqtonda Ağ Evə yaxın olmasına baxmayaraq, yeni sığınacaq liderləri bunun sadəcə “təsadüf” olduğunu və beynəlxalq gərginlik və mümkün III Dünya Müharibəsi qorxusu ilə heç bir əlaqəsi olmadığını təkid edirlər, - məlumatda qeyd edilib.

Bunkerdə qalmağın yüksək qiymətinə gözəl yemək, boulinq və qayaya dırmaşma həzzləri də daxildir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30