xebermen.az

Çin 7 aydır Ermənistana səfir göndərmir - Şok səbəblər

24-01-2025, 13:42

 

“Çin yeddi aydır Ermənistana səfir təyin etmir. Bu, Pekin-İrəvan münasibətləri tarixində görünməmiş hadisədir”.

Bu barədə erməni politoloq Suren Sarkisyan deyib.

Onun fikrincə, səfir təyin edilməməsi Ermənistana aydın mesajdır: “Əmin olun ki, Pekinin diplomatik arsenalında İrəvana göndərə biləcəyi yüzlərlə peşəkar var”.

S.Sarkisyan Çinin bu addımının üç əsas səbəbinin olduğunu qeyd edib.

“Birincisi, Ermənistanın “Bir kəmər, bir yol” meqalayihəsinə maraq göstərməməsidir. İkincisi, Ermənistanın faktiki olaraq 4 il əvvəl fəaliyyətini dayandırmış Dini Etiqad Azadlıqları Alyansının üzvü olaraq qalmasıdır. Üçüncüsü, İrəvanın Tayvanın iqtisadiyyat nazirini qəbul etməklə, tayvanlı rəsmilərlə birbaşa təmaslardan yayınmaq öhdəliyini pozmasıdır”, - deyə o bildirib.

Məlumatlara görə, Pekin-İrəvan münasibətlərinə təsir edən amillərdən biri də 2023-cü ildə Ermənistan parlamentində baş vermiş qalmaqal zamanı spiker Alen Simonyanın deputat Anna Mkrtçyanı təhqirf etmək üçün “çinli...” adlandırmasıdır. Bu, Çində xoş qarşılanmayıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930