xebermen.az

Trampın qayıdışı ərəfəsində İsrail İrana hücum planlayır?

18-01-2025, 14:23

 

Bir sıra Avropa rəsmiləri son aylar Yaxın Şərqdə baş verən hadisələr fonunda İsrailin İrana hücum etmək qərarı verdiyinə inanırlar.

Bu barədə "Əl-Ərəbiyyə" telekanalı adı açıqlanmayan avropalı diplomata istinadən xəbər verib.

Bildirilir ki, avropalı diplomatlar Donald Trampın Ağ Evə qayıtması ərəfəsində İranın nüvə obyektlərinə hərbi hücum riskini minimuma endirmək yolunu araşdırırlar.

Mənbə İsrailin İranın nüvə obyektlərinə mümkün hücumunu qaçılmaz hesab etməsə də, bir neçə Avropa ölkəsinin İslam Respublikasının nüvə silahı əldə etməsinin qarşısını almaq üçün diplomatiya və ya digər fürsətlərin olub-olmadığını araşdırmaq məqsədilə Tramp komandası ilə danışıqlara başladığını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930