xebermen.az

Yer kürəsi təhlükədə: Bəşəriyyətin təhlükəsizlik zonası tükənmək üzrədir

13-01-2025, 21:21

 

2024-cü ildə havanın orta temperaturu 1.5 Selsi dərəcə yüksəlib.

İngiltərənin Ekseter Universitetinin alimi Qeyl Uaytmanın fikrincə, bu, bütün dünya ölkələri üçün həyəcan siqnalıdır.

Bu barədə "Nature" jurnalında dərc olunmuş materialda bildirilib.

Alim əlavə edib ki, hətta qeydə alınan təhlükəni nəzərə alsaq belə, ölkələr heç bir tədbir görməyəcəklər. İnsanlar qlobal istiləşmədən narahatlıq duymurlar, sadəcə özlərini sakitləşdirirlər. Onlar düşünürlər ki, əgər planet bu xətti keçibsə və heç nə baş verməyibsə, deməli, hər şey qaydasındadır.

Lakin bunlar yanlış düşüncələrdir. Alimlər tezliklə BMT-nin böyük iqlim sammitində çıxış edəcək və bu mühüm məsələni qaldıracaqlar.

"Biz bəşəriyyət üçün təhlükəsiz zona hesab etdiyimiz şeyin sonuna yaxınlaşırıq", - deyə Qeyl Uaytman qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930