xebermen.az

Rusiyada daha iki hava limanı BAĞLANDI

11-01-2025, 22:25

 

Ufa və Kirovda təyyarələrin qəbulu və göndərilməsi müvəqqəti olaraq məhdudlaşdırılıb.

Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, Kirovda hava limanının fəaliyyəti saat 18:45-dən, Ufada isə 18:50-dən dayandırılıb.

Yanvarın 11-də səhər və günortadan sonra Saratov , Ulyanovsk, Samara və Kazan hava limanlarında oxşar məhdudiyyətlər tətbiq edilib. Bu addımlar “mülki aviasiya əməliyyatlarının təhlükəsizliyini təmin etmək üçün” atılıb.

Nijnekamskda hava hücumu zamanı “Xalça” planının tətbiqi barədə də məlumat verilib. Kazan, Samara və Nijnekamsk hava limanlarında məhdudiyyətlər saat 19:20-də ləğv edilib .







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930