xebermen.az

Paşinyanın keçirdiyi iclasda insident: Deputatla qubernator əlbəyaxa davaya çıxdı

10-01-2025, 09:53

 

Ermənistanın baş naziri Paşinyanın Mülki Müqavilə Partiyasının təşəbbüs qrupunun iclası dava ilə yekunlaşıb.

Bu barədə “Armlur.am” məlumat yayıb.

Hökumət məmurları sıralarında növbəti döyüş zamanı aparıcı rollarda “Mülki müqavilə” fraksiyasından olan deputat Hayk Sarkisyan və Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan olub.

Səbəb isə Hayk Sarkisyanın partiyanın son iclaslarında bəyan etdiyi Tavuşdakı biabırçı ekoloji vəziyyət, ağacların qanunsuz kəsilməsi olub.

İclasda o, yenidən bu mövzuda kəskin açıqlama verib və qubernator Hayk Qalumyanı ittiham edib, nəticədə mübahisə qarşılıqlı təhqir və əlbəyaxa dava ilə yekunlaşıb.

Bildirilir ki, adı çəkilən şəxslər Nikol Paşinyanın qarşısında bir-birini döyməyə başlayıb.

Davaya Anahit Avanesyan müdaxilə edərək Sarkisyan və Qalumyanı sakitləşdirməyə çalışsa da, vəziyyət gərginləşməkdə davam edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031