xebermen.az

Türkiyə ordusu hazır vəziyyətə gətirildi - Nə gözlənilir?

9-01-2025, 12:49

 

Türkiyə silahlı qüvvələri Suriyada Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlılarına qarşı mümkün əməliyyatla əlaqədar hazırlıq vəziyyətinə gətirilib.

Bu barədə “Türkiyə” qəzeti hərbi mənbələrə istinadən yazıb.

“Ankara, Suriyanın yeni administrasiyasından terror təşkilatına qarşı lazımi tədbirlər görməsini tələb edərək, hər cür ssenariyə hazırlaşmaqda davam edir. Sərhəddəki qoşunlar mümkün əməliyyata hazırlaşır”, - deyə nəşr yazıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bir müddət əvvəl bildirib ki, Ankara Suriyadakı PKK yaraqlılarına ultimatum verib və çağırışlara məhəl qoyulmasa, hərbi əməliyyat qaçılmaz olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930