xebermen.az

Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər

4-01-2025, 10:15

 

Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər.

Bu barədə Almaniyanın "Bild" nəşri yazıb.

Bildirilib ki, Almaniya Rusiya Prezidenti Vladimir Putinin müharibəni bu il bitirə biləcəyinə ümid edir: "Çünki artıq bu barədə siqnallar var".

Qeyd olunub ki, tariflərin və ərzaq qiymətlərinin artması, rublun ucuzlaşması və hərbi sənaye kompleksinin həddən artıq yüklənməsi ilə bağlı digər sahələrdə böhranın yaranması mənfi nəticələrə gətirib çıxara bilər.

Nəşrin iddiasına görə, Kreml regionları 2026-cı il seçkilərinə hazırlayır və müharibənin başa çatması qələbə kimi təqdim ediləcək.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl müharibənin 2025-ci ildə başa çatacağına ümid etdiyini bildirmişdi.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031