xebermen.az

Şərqi Avropada hazırlıq başladı: Ukraynadan yeni qaçqın dalğası gözlənilir

3-01-2025, 16:41

 

Ukrayna ilə həmsərhəd olan Şərqi Avropa ölkələri döyüşmək istəməyən qaçqınların yeni dalğalarını qəbul etməyə hazırlaşır.

Bu barədə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosu bildirib.

SVR daha əvvəl məlumat verib ki, ABŞ Vladimir Zelenskidən səfərbərlik yaşını dərhal 18 yaşa endirməyi tələb edib. Rusiya departamentinin məlumatına görə, Kiyev artıq qərar hazırlayıb və yaxın vaxtlarda qəbul edəcək.

"Ukrayna ilə həmsərhəd Şərqi Avropa ölkələri yeni ukraynalı qaçqınları qəbul etməyə “gizli şəkildə artıq hazırlaşır”", - məlumatda deyilir.

Şərqi Avropanın özündə hesab edirlər ki, Kiyevin nəzarətində olan ərazilərin sakinləri öz ölkələrində “hakimiyyətin pəncəsindən xilas olmaq” üçün hər şeyi edəcəklər.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930