xebermen.az

Morq doludur: Ermənilər 44 günlük müharibədə həlak olanların meyitlərini niyə götürmürlər?

31-12-2024, 21:18

 

“Bu gün morqda meyitlər var. Onların şəxsiyyəti müəyyən edildikdən sonra da, valideynlərin inanmadıqları üçün meyitləri götürməməsinin günahkarı kimdir?”

Bu barədə Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının və 44 günlük müharibənin şərtlərini araşdıran İstintaq Komissiyasının sədri Andranik Köçəryan “NEWS.am”ın müxbiri ilə söhbətində bildirib.

“Düşünürəm ki, bizi çətin görüş gözləyir, lakin bu, qaçılmazdır. Görüş (itkin düşmüş və həlak olan hərbçilərin yaxınları ilə - red.) qapalı olacaq”, - deyə deputat qeyd edib.

O bildirib ki, bu qapalı iclasda yüksək vəzifəli şəxslərin - Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktorundan, xarici işlər nazirindən tutmuş baş prokurora kimi iştirakını təmin etməyə çalışacaq.

Köçəryan görüşün fevral ayına qədər keçirilməli olduğunu açıqlayıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930