xebermen.az

Tramp andiçməyə hazırlaşır, Rusiya və İran saziş imzalayır - Nə baş verir?

26-12-2024, 11:16

 

ABŞ-da yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasimindən və hakimiyyət dəyişikliyindən əvvəl Rusiya və İran yeni strateji tərəfdaşlıq sazişi imzalaya bilər.

Bu barədə "Newsweek" məlumat yayıb.

Bildirilir ki, Tehran və Moskva arasında belə bir razılaşma iki dövlətin dünya səhnəsindən təcrid olunduğu üçün qüvvələrini birləşdirmək cəhdinə bənzəyir.

Qeyd olunur ki, ölkələr arasında strateji tərəfdaşlıq haqqında belə bir saziş uzun illər ərzində hazırlanıb. Oktyabrda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, saziş yaxın gələcəkdə imzalanmağa hazır olacaq və tərəflərin müdafiə sahəsində sıx əməkdaşlığı, regional və qlobal sülh və təhlükəsizlik maraqları naminə qarşılıqlı fəaliyyətə dair öhdəliklərini rəsmiləşdirəcək.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930