xebermen.az

Bayden Rusiyaya son zərbələrini hazırlayır

24-12-2024, 21:15

 

ABŞ Prezidenti Co Bayden yanvarın 20-dək Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyalar tətbiq edə bilər.

Bu barədə "The Washington Post" nəşri mənbələrə istinadən məlumat yayıb.

Nəşrin iddiasına görə, bu addım Ukraynadakı münaqişənin həlli ilə bağlı Rusiya ilə mümkün danışıqlar aparılacağı təqdirdə, yeni seçilmiş Prezident Donald Trampın administrasiyasına "daha çox təsir rıçaqları" təmin etmək məqsədi daşıyır.

Mənbələrin məlumatına əsasən, sanksiyalar Rusiya neftini daşıyan xarici gəmiləri və Rusiya neft ixracatçılarını hədəf alacaq.

Qeyd edək ki, dekabrın 20-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkənin neft ticarəti ilə bağlı yeni sanksiyaların təsirlərini minimuma endirmək üçün lazımi tədbirlərin görüləcəyini açıqlayıb. O, həmçinin ABŞ-nin hazırkı administrasiyasının özündən sonra Rusiya ilə gərgin münasibətləri əks etdirən "çətin miras" qoymağa çalışdığını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30