xebermen.az

Hər 7 gəncdən birində bu problem var: ölümlə nəticələnir

28-11-2024, 19:27

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər 7 gəncdən 1-i psixi sağlamlıq problemləri ilə mübarizə aparır.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus “X” platformasında paylaşım edib.

O qeyd edib ki, 15-29 yaş qrupunda intiharlar 3-cü əsas ölüm səbəbidir.

"ÜST və BMT-nin Uşaq Fondunun (UNICEF) təlimatları hər bir ölkənin uşaqlar və gənclərə göstərilən qayğının keyfiyyətini yaxşılaşdırmaq üçün necə hərəkət edə biləcəyini nümayiş etdirir. İnanıram ki, bu təlimatlar dəyişikliklərə ilham verə bilər", - Qebreyesus bildirib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30