xebermen.az

Ödənişli təhsil alan tələbələr də təqaüd ALACAQLAR

25-07-2025, 16:11

 

Prezident İlham Əliyevin Sərəncamına əsasən, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılıb.

Sərəncama münasibət bildirən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib ki, təhsilin bütün səviyyələri və pillələrində tələbələrin təqaüdləri artırılıb.

"Bundan sonra tələbələrimiz daha yaxşı məbləğdə təqaüd alacaqlar", - o qeyd edib.

Nazirin müşaviri bildirib ki, təqaüdlər sonuncu dəfə 2023-cü ildə artırılıb:

"Bu tədris ilindən təqaüdlər yenidən artırılır. Xüsusilə, daha yaxşı akademik göstəricisi olan tələbələrimiz daha yüksək təqaüd ala biləcək. Bu da tələbələrimizin daha yaxşı təhsil almalarına şərait yaradacaq, təhsil imkanlarına müsbət təsir edəcək".

N.Məmmədli əlavə edib ki, akademik göstəricisindən asılı olaraq, ödənişli təhsil alan tələbələr də təqaüd alacaqlar.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930