xebermen.az

30 ildən sonra üzə çıxdı: Putinin Ukrayna və Qazaxıstanla bağlı sensasion çıxışı

19-08-2025, 09:29

 

Almaniyada 30 il sonra Rusiya pezidenti Vladimir Putinin Ukrayna və Krımla bağlı açıqlamasının yer aldığı 1994-cü ilə aid arxiv sənədi dərc edib.

Bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.

Sənədin nəşri Almaniya Xarici İşlər Nazirliyinin arxivləri ilə işləyən Müasir Tarix İnstitutunun tədqiqat layihəsinin bir hissəsi olub. Qeyd olunur ki, Putin həmin vaxt Krımın və Ukraynanın şərqinin əslən Rusiya əraziləri olduğunu qeyd edib. Bundan əlavə, onun sözlərinə görə, Qazaxıstanın şimalı tarixən Rusiyaya məxsus olub.

“Putin bu torpaqların milyonlarla rusdilli soydaşının yaşadığı başqa dövlətlərə verilməsini rus xalqına izah etməyin çətinliyini vurğulayıb”, - məlumatda deyilir.

Eyni zamanda, Putin həmin çıxışında bildirib ki, Rusiyanın maraqlarını qorumaq imperiyanı dirçəltmək cəhdi deyil.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031