xebermen.az

BMT-dən Azərbaycan və Rusiya arasındakı gərginliklə bağlı AÇIQLAMA

1-07-2025, 22:40

 

BMT Azərbaycan və Rusiya arasındakı gərginlikdən tam xəbərdardır.

Bunu BMT Baş katibinin sözçüsü Stefan Dücarik deyib.

İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən iki azərbaycanlı mülki şəxs Ziyəddin və Hüseyn Səfərovun işgəncə ilə öldürüldüyü bildirilir. Onlar tanınmış azərbaycanlı jurnalist Seyfəddin Hüseynlinin qardaşları idi. Həmin gün bir neçə nəfər ağır xəsarət alıb, doqquz nəfər isə saxlanılıb.

Hadisə ilə bağlı BMT-nin hələlik niyə heç bir rəsmi qınama və Rusiya tərəfindən açıqlama tələb etməməsi ilə bağlı suala cavab olaraq sözçü baş verənlərdən xəbərdar olduğunu deyib: “Azərbaycan ilə Rusiya Federasiyası arasında, xüsusilə sizin istinad etdiyiniz hadisə də daxil olmaqla, bir sıra insidentlər səbəbindən yaranmış gərginliklərdən tam xəbərdarıq. Hər iki ölkədə baş verən insidentləri yaxından izləyirik. Ümid edirik ki, bu məsələlərin hamısı diplomatik kanallar vasitəsilə həll olunacaq”.

O, hadisənin təfərrüatları və BMT-nin bu məsələ ilə bağlı Rusiyaya rəsmi müraciət edib-etmədiyi barədə əlavə məlumat verilməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930