xebermen.az

İstanbuldan Moskvaya uçan təyyarə geri qayıtdı - Nə baş verir?

28-12-2024, 09:17

 

Türk Hava Yollarının (THY) TK415 nömrəli İstanbul-Moskva (Vnukovo) reysi naməlum səbəbdən Polşa hava məkanı üzərindən geri dönərək İstanbula qayıdıb.

Hadisənin səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.

Məlumata görə, təyyarə planlaşdırıldığı kimi Moskva istiqamətində uçuşunu davam etdirərkən Polşa üzərindən dönərək İstanbul Beynəlxalq Hava Limanına geri eniş edib. Təyyarənin ekipajı və sərnişinlərin vəziyyəti ilə bağlı narahatlıq doğuran bir vəziyyətin olmadığı bildirilib.

Hadisə ilə bağlı təfərrüat və uçuşun geri dönüş səbəbləri barədə araşdırma aparıldığı gözlənilir. THY-dən rəsmi açıqlamanın yaxın saatlarda veriləcəyi ehtimal olunur.

Xatırladaq ki, bundan öncə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Rusiya paytaxtı Moskvaya uçan təyyarə Bakıya eniş edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930