xebermen.az

Bakıda gənc ailə ölmüş vəziyyətdə TAPILDI: Aytən 8 aylıq hamilə imiş - TƏFƏRRÜAT

13-02-2025, 20:43

 

İki həftə sonra ana olacaq qadın, bətnindəki övladı və həyat yoldaşı dəm qazından boğularaq ölüblər.

Faciəli hadisə paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib.

Belə ki, Şərq küçəsində fərdi evdə yaşayan Arif Qurbanov və həyat yoldaşı Aytən Qurbanova yaxınları tərəfindən evdə ölü tapılıblar.

Ailə üzvləri bildiriblər ki, cütlük bir neçə il əvvəl ailə həyatı qursa da, övladları yox idi. Amma 8 ay əvvəl Aytən Qurbanovanın ana olacağı ilə bağlı verdiyi xəbər onları çox sevindirib.

Hadisə yerinə təcili yardım briqadası gəlsə də, onların öldükləri müəyyən edilib.

Yaxınları deyir ki, Arif Qurbanov 44 günlük Vətən müharibəsində könüllü iştirak edib. O, ''Qubadlının azad olunmasına'' görə və ''Vətən müharibəsi iştirakçısı'' medalları ilə təltif olunub.

Hadisə ilə bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30