xebermen.az

Bu domenin illik qeydiyyat 100 manat olacaq

Bu gün, 18:59

 

"gov.az" domen adının illik qeydiyyat haqqı 100 manat müəyyənləşdirilib.

Bu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kollegiyasının təsdiqlədiyi xidmət tariflərində əksini tapıb.

Sənədə əsasən, elektron poçt sistemindən istifadə üçün aylıq abunə haqqı 2 manat, bir televizor üçün kabel televiziyasının aylıq abunə haqqı isə 6 manat təşkil edir.

Stasionar telefon xəttinin çəkilişi üçün tarif 30 manat, aylıq abunə haqqı 7 manat müəyyən edilib.

Bundan başqa, bir cüt fiber-optik lifin aylıq icarə haqqı 4 kilometrə qədər məsafədə 60 manat, 4 kilometrdən artıq məsafədə isə 100 manatdır.

Tariflər ƏDV-siz göstərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30