xebermen.az

İbrahim Tatlısesin son vəziyyəti AÇIQLANDI - Reanimasiyadadır

8-04-2026, 19:59

 

Məşhur müğənni İbrahim Tatlısesin səhhətində yaranan ciddi problemlər ailəsini və pərəstişkarlarını narahat edib.

Sənətçinin qızı Melek Zübeyde Tatlıses atasının xəstəxanaya yerləşdirilməsi ilə bağlı yeni təfərrüatları bölüşüb.

Onun sözlərinə görə, İbrahim Tatlıses qəfil narahatlıq hiss etdikdən sonra dərhal təcili yardımla xəstəxanaya çatdırılıb. İlkin müayinələr nəticəsində bədəndəki infeksiyanın öd kisəsindən qaynaqlandığı ehtimal olunur. Hazırda sənətçinin əməliyyat olunması məsələsi gündəmdədir.

Mövzu ilə bağlı açıqlama verən sənətçinin oğlu Ahmet Tatlıses isə atasının hazırda reanimasiyada olduğunu və vəziyyətinin stabil qaldığını bildirib. Onu reanimasiyada görərkən ailəlikcə duyğulu anlar yaşadıqlarını deyən Ahmet Tatlıses, atasının tezliklə sağalması üçün dua etdiklərini vurğulayıb. Sənətçinin vəziyyəti həkimlər tərəfindən yaxından izlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930