xebermen.az

Xocalı cəlladı Zori Balayan öldü

5-04-2026, 15:01

 

Erməni yazıçı Zori Balayan 91 yaşında ölüb.

Bu barədə onun oğlu Hayk Balayan məlumat yayıb.

Qeyd edək ki, Zori Balayan 1981-ci ildə yazdığı "Ocaq" kitabı ilə Azərbaycanın Qarabağ və Naxçıvan torpaqlarına ərazi iddiaları irəli sürərək etnik ədavəti qızışdırıb. O, "Miatsum" hərəkatının liderlərindən biri kimi Qarabağda separatçılıq fəaliyyətinin əsas ideoloqu olub.

1988-ci ildə Moskvada Mixail Qorbaçovla görüşərək Qarabağın Ermənistana birləşdirilməsi üçün intensiv lobbiçilik edib. Balayanın adı 1994-cü ildə Bakı metrosunda 12 nəfərin ölümü ilə nəticələnən terror aktının əsas təşkilatçısı və sifarişçisi kimi hallanıb. Bu cinayət faktı ilə bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən ona qarşı cinayət işi açılıb və o, beynəlxalq axtarışa verilib. 2005-ci ildə İtaliyada saxlanılsa da, erməni lobbisinin təzyiqi ilə qısa müddət sonra sərbəst buraxılıb. O, ömrü boyu Azərbaycana qarşı nifrət və işğal ideologiyasının müəllifi kimi tarixə düşüb.

Balayanın Xocalı soyqırımında birbaşa iştirakını təsdiqləyən faktlar da mövcuddur. Bu faktlar onun kitabında yer alıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930