xebermen.az

Kosmik turzmə start verildi - Bu məbləği ödəyən kosmosa uçacaq

4-04-2026, 22:08

 

“Virgin Galactic” iki illik fasilədən sonra yenidən kosmik turizm biletlərinin satışına başlayıb.

Yeni uçuşlar üçün məhdud sayda (50 yer) biletlər hər nəfər üçün 750 min dollar olaraq müəyyən edilib.

Uçuşlar təxminən 90 dəqiqə davam edəcək və sərnişinlər qısa müddət mikro çəkisizlik şəraitini yaşayacaqlar.

İlk uçuşların 2026-nın sonu və ya 2027-nin əvvəlində başlaması planlaşdırılır. Şirkətin artıq 650-dən çox əvvəlcədən rezervasiya etmiş müştərisi var və yeni satışlar onların uçuşlarından sonra genişlənəcək.

“Virgin Galactic”in sistemi iki mərhələlidir: kosmik aparat əvvəlcə xüsusi təyyarə ilə yüksəldilir, sonra raketlə kosmosa çıxır və yenidən Yerə qayıdır.

Rəqiblərin (xüsusilə “Blue Origin”in) fəaliyyətini dayandırması fonunda tələbatın artdığı, uçuş sayının isə gələcəkdə ayda 8-10-a qədər artırıla biləcəyi bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930