xebermen.az

Azərbaycanda erməni dilində kurslar fəaliyyətə BAŞLAYIB

13-03-2026, 16:44

 

Azərbaycanda Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun nəzdində erməni dilində kurslar təşkil edilib.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı"nda əksini tapıb.

Qeyd edilib ki, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun nəzdində fəaliyyət göstərən Xarici dil mərkəzində ingilis, erməni, fars, rus və gürcü dilləri ilə yanaşı, İtaliyanın ölkəmizdəki akkreditə olunmuş hərbi attaşelik aparatının dəstəyi ilə italyan dili üzrə kurslar, həmçinin hesabat dövründə ilk dəfə olaraq Çin Xalq Respublikası Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşelik aparatının təşkilatçılığı ilə "Çin dili kursu" təməl və orta səviyyədə təşkil edilib./Axar.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031