xebermen.az

Şəhid ailələrinə verilən iftar süfrəsi – Vətənə və şəhidlərə ehtiramın nümunəsi

7-03-2026, 13:00

 

Qəbələ rayonunun Hacallı kəndində bu gün mənəvi dəyəri böyük olan gözəl bir xeyirxah addım atıldı. Şəhid atası, mərhum şəhidimiz  Rəhimov Elnurun atası Məhəmməd Kərim, Musazadə  Azarın atası Çingiz tərəfindən şəhid ailələrinin şərəfinə iftar süfrəsi təşkil olundu. Bu xeyirxah süfrəyə həm Mıxlıqovaq kəndindən olan şəhidimizin ailəsi, həm də Şəfillii kəndindən olan şəhid Azərin ailəsi və digər şəhid yaxınları dəvət olunmuşdu.

Ramazan ayının müqəddəsliyinə uyğun olaraq təşkil olunan bu iftar süfrəsi sadəcə bir yemək məclisi deyil, həm də şəhidlərimizin ruhuna edilən ehtiramın, ailələrinə göstərilən diqqət və qayğının gözəl nümunəsi oldu. Eyni dərdi və qüruru yaşayan ailələrin bir araya gəlməsi, şəhidlərimizin xatirəsinin yad edilməsi bu məclisə xüsusi bir mənəvi dəyər qatdı.

Şəhidlər bizim Vətən uğrunda canlarını fəda edən ən uca zirvələrimizdir. Onların ailələrinə göstərilən hər bir diqqət isə həm insanlıq borcu, həm də milli-mənəvi dəyərlərimizin göstəricisidir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Şəhid valideynlərinə səbir və möhkəm can sağlığı versin. Belə xeyirxah əməllər isə hər zaman cəmiyyətimizdə birlik, mərhəmət və vətən sevgisinin yaşadığını göstərir.

Təranə Alməmmədova 

Dünya Azərbaycanlılarının Mədəniyyət mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930