xebermen.az

FHN-in vəzifələri sırasına bu fəaliyyət də daxil edildi

27-02-2026, 22:15

 

Fövqəladə Hallar Nazirliyi aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsində iştirak edəcək.

Bu, Prezident İlham Əliyevin imzaladığı "Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə Fərmanda öz əksini tapıb.

Fərmana əsasən, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi"nə də dəyişiklik edilib.

Belə ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qoruq ərazisində minatəmizləmə fəaliyyəti həyata keçirilərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, onların yerləşdiyi ərazidə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsinə icazə verməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031