xebermen.az

Dünyanın ən zəhərli göbələyi daha da ölümcül olur: "Ölüm Mələyi" mutasiyaya uğrayıb

26-02-2026, 09:43

 

Göbələk mənşəli ölümlərin 90%-nə səbəb olan "Ölüm Mələyi" (Amanita phalloides) göbələyi elm dünyasını şoka salan bir sürətlə təkamül edir. Kaliforniyadakı yeni növlərin Avropadakı əcdadlarından daha güclü və fərqli kimyəvi maddələr istehsal etdiyi aşkar edilib.

 Viskonsin-Medison Universitetinin apardığı araşdırmaya görə, 1930-cu illərdə ABŞ-a çatmış bu göbələklər zamanla genetik olaraq daha "bacarıqlı qatillərə" çevriliblər.

Kaliforniyadakı göbələklər Avropadakı növlərdə heç vaxt rast gəlinməyən yeni peptidləri (protein parçalarını) daha böyük miqdarda istehsal etməyə başlayıblar.

Elm adamları əvvəllər zəhər istehsalının müəyyən bir genetik qayda ilə baş verdiyini düşünürdülər. Lakin bu invaziv (işğalçı) növ həmin qaydaları yıxaraq daha mürəkkəb kimyəvi tərkibə sahib olub.

Meşələrdə tək bir ağacın altında 40-dan çox göbələyin eyni anda böyüdüyü müşahidə edilir. Bu, yerli növlərin tarazlığını pozan "anormal" bir yayılma sürətidir.

Bu yeni kimyəvi maddələrin insan orqanizminə təsiri hələ tam öyrənilməyib, lakin tək bir ədədinin böyük bir insanı öldürəcək gücdə olduğu bilinən bu göbələyin daha da güclənməsi mütəxəssisləri ciddi narahat edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031